q
  • Bakı 20° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Elekrtomobillər neft bazarını çökdürəcək? - GERÇƏK MƏNZƏRƏ

İQTİSADİYYAT

13 May 2026 | 16:56

Elekrtomobillər neft bazarını çökdürəcək? - GERÇƏK MƏNZƏRƏ

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bakıvaxtı.az-a bildirib ki, dünya çox sürətlə elektromobillərə keçir. Artq neftə ehtiyac duyulmur. Neft emalı prosesi də ona adekvat olaraq, azalır.

Onun sözlərinə görə, bu cür ssenari yeni deyil. Hətta 2015-ci ildən başlayaraq, 2035-2040-cı illər üçün bu cür ssenarilər mövcuddur:

“Bütün hallarda emal prosesində neftin yanacaq kimi istifadəsi azalacaq. Get-gedə daxiliyanma mühərrikli avtomobillərin sayı azalacaq, sırf elektrik maşınlar artacaq. Burada təccüblü heç nə yoxdur”.

Maraqlıdır, sırf elektrik maşınların sayının artması və ya geniş yayılması neft ölkələrinə necə təsir göstərəcək?

Bakıvaxtı.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, neftdən yalnız daxiliyanma mühərriki üçün yanacaq kimi istifadə edilməsinə dair fikir kökündən yanlışdır:

“Neftdən alınan yüzlərlə materiallar var. Bu mənada neftə tələbat həmişə olacaq. Bu gün dünyada gündəlik istehak olunan  105 milyon barel  neftin  35-40 faizini daxiliyanma mühərriki üçün yanacaq təşkil edir. Elektrik avtomobillərə keçid 2-3 il öncə sürətləndi, amma indi bu da müəyyən suallar yaradır. Çünki elektik avtomobillərinin istehsalı üçün 11-12 adda nadir element lazımdır. O nadir elementlərin yer qatından çıxarılması, emal edilməsi ekologiyaya daha çox ziyan vurur. Bununla bağlı ciddi araşdırmalar mövcuddur. Həmin elementlərin sayı və həcmi daha məhduddur”.

Natiq Cəfərli, iqtisadçı

Ekspert hesab edir ki, dünyada fantastik texnologiyalar yarana bilsə, daxiliyanma mühərriki üçün yanacaq hazırlanan neftdən istifadə azala bilər:

“Məsələn, indi Çin, Avropa və Amerikada startaplar var. Onlar adi duzdan batareyalar düzəltməyə çalışırlar. Çinlilərin elanına görə, bu gələn ilə hazır olacaq. Nadir olmayan, ucuz elementlərdən batareyalar istehsal edib, onların uzunömürlü olacağını sübut edən texnoloji, elmi irəliləyiş olsa, daxiliyanma mühərriki üçün yanacaqdan istifadə azalar.

Necə ki, XVIII əsrdə, buxar maşını yaranada fantastika kimi görünürdü. Amma bu, o demək deyil ki, neftə tələbat azalacaq. Bu gün ətrafımızda gördüyümüz hər şeyin tərkibində neft var. Telefonlar, televizorlar, kompüterlər və ümumən məişət avadanlıqlarında neftdən  istifadə olunur. Dərman sektorunda belə neftdən istifadə edilir. Bu mənada hesab edirəm ki, gələcəkdə neftdən istifadə artacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR