q
  • Bakı 25° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Məşhur SSRİ diplomatının nəvəsi ölü tapıldı

DÜNYA

13 May 2026 | 13:17

Məşhur SSRİ diplomatının nəvəsi ölü tapıldı

SSRİ xarici işlər naziri Maksim Litvinovun nəvəsi Moskvanın mərkəzində ölü tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Məlumata görə, məşhur sovet diplomatının 80 yaşlı nəvəsi mayın 12-də Frunzenskaya küçəsindəki evinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Həkimlər onu xilas edə bilməyiblər. Mütəxəssislər hadisənin səbəbini və başvermə şəraitini araşdırırlar.

Mərhum Maksim Litvinovun ikinci evliliyindən olan oğlunun qızı olub. Sovet diplomatının nəvəsi uzun illər Okeanologiya İnstitutunda zooloq kimi çalışıb. 

Maksim Litvinov SSRİ-nin beynəlxalq səviyyədə tanınmasının memarlarından olub. O, 1930-cu ildən 1939-cu ilə qədər SSRİ Xarici İşlər üzrə Xalq Komissarı, Böyük Vətən Müharibəsi zamanı isə SSRİ-nin ABŞ-dəki səfiri vəzifələrində çalışıb. Bundan əlavə, 1942-ci ildən 1943-cü ilə qədər Litvinov Sovet İttifaqının Kubadakı səfiri vəzifəsində çalışıb. 


SON XƏBƏRLƏR

12 May 2026