q
  • Bakı 20° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Trampın 51-ci ştat blefi nə vəd edir?

DÜNYA

13 May 2026 | 17:09

Trampın 51-ci ştat blefi nə vəd edir?

“Donald Trampın müstəqil ölkə olan Venesuelanı Amerikanın ştatı etməsi mümkün deyil”.

Bunu politoloq Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatı elan etməsinə münasibət bildirərkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, bu, sadəcə olaraq Trampın ortalığa atdığı blefidir:

“Tramp Kanadanı, Qrenlandiyanı da ABŞ-nin 51-ci ştatı etmək niyyətində idi. Sabah deyə bilər ki, İranı da ABŞ-nin ştatı kimi görmək istəyir. Əlbəttə, bir müstəqil dövlətin başqa bir dövlətə zorla birləşdirilməsi beynəlxalq qanunlara ziddir və bir dövlətin ərazi bütövlüyünü, suverenliyini təhdid etməkdir”.

Müsahibimiz vurğulayıb ki, əslində, Venesuela prezidentinin “oğurlanması”nın özü və müstəqil bir ölkəyə hərbi təcavüz beynəlxalq hüquqa zidd idi. Dediyinə görə, bunlara rəğmən, Tramp üstəlik Venesuelanı ABŞ-nin öz ştatına çevirmək fikrinə düşür.

Məhəmməd Əsədullazadə, politoloq

Politoloq deyib ki, yeni nizamda ABŞ rəhbərinin tutduğu bir mövqe doğru deyil. Vaşinqtonun bu siyasəti Ağ Evə etimadı daha da azaldacaq:

“ Trampın bu cür açıqlamalarla çıxış etməsi daxildə də reytinqinin düşməsinə səbəb olacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanın 51-ci ştat kimi siyahıya alındığını əks etdirən foto yayımlayıb. Bu barədə o, "TruthSocial" sosial media platformasında paylaşım edib.

Dərc olunmuş şəkildə Cənubi Amerikanın şimal hissəsi təsvir olunub və Venesuela ərazisi Amerika bayrağının rəngləri ilə boyanıb. Sözügedən foto "51-ci ştat" başlığı ilə qeyd olunub.

Aydın Baxış


SON XƏBƏRLƏR