q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

    CƏMİYYƏT

    13 May 2026 | 15:42

    “ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

    Mayın 11-dən 13-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti dəvət əsasında Venesuela Bolivar Respublikasına səfər edib.

    Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, səfər çərçivəsində qurumun nümayəndə heyəti ilə Venesuelanın aidiyyəti qurumlarının rəhbər şəxsləri, eləcə də xarici işlər nazirinin müavini Andrea Korao ilə görüşlər keçirilib.

    Görüşlər zamanı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" modeli haqqında ətraflı təqdimat edilib və ölkəmizin müvafiq təcrübəsinin ixracı istiqamətində Amerika qitəsi də daxil olmaqla 30-dan çox ölkə ilə əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

    Venesuela tərəfi “ASAN xidmət”in tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini ifadə edib.


    SON XƏBƏRLƏR