q
  • Bakı 24° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

23 min şəxs imtahan verəcək

CƏMİYYƏT

13 May 2026 | 11:40

23 min şəxs imtahan verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

    Bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.

    Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 23089 bakalavr ərizə təqdim edib. Onlardan 21372 nəfər Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.


    SON XƏBƏRLƏR

    12 May 2026