• Bakı 24° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Dünyada 4 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk prosessor təqdim ediləcək

MULTİMEDİA

06 Avqust 2021 | 17:39

Dünyada 4 nm-lik texnoloji proses üzrə hazırlanmış ilk prosessor təqdim ediləcək

Tayvanın "MediaTek" şirkəti yeni texnoloji prosesə keçidə hazırlaşır. Bu barədə "Gizmochina" nəşri yazır.

Bakıvaxtı.az "ria.ru" saytına istinadən yazır ki, məlumata görə, "MediaTek" çip istehsalçısı 4 nanometrlik (nm) platformaların istehsalı üçün artıq "TSMC" şirkəti ilə müqavilə bağlamaq məqsədilə danışıqlar aparır. Nəticədə Çinin "Oppo", "Vivo" və "Xiaomi" şirkətləri məhz yeni prosessorlar üçün xüsusi olaraq "MediaTek" şirkətindən sifariş verirlər.

Lakin prosessorların istehsalı üçün daha incə texnoloji prosesə keçid çiplərin və sonradan smartfonların kəskin bahalanmasına gətirib çıxara bilər.

Ucuz prosessorların istehsalı üzrə ixtisaslaşmış "MediaTek" şirkəti yeni həllini "Apple" və "Qualcomm"dan öncə təqdim etməyə hazırlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR