• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Telegram"dan bloklamalara qarşı yeni addım

MULTİMEDİA

30 Avqust 2026 | 15:08 | Müəllif: Subhan Mahmudov

"Telegram"dan bloklamalara qarşı yeni addım

"Telegram"ın Android tətbiqinə veb-proksi əlavə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ixbt.com məlumat yayıb.

Web-proksi mesencerin trafikini veb-kanal üzərindən yönləndirməyə və onu veb-resurslarla adi bağlantı kimi maskalamağa imkan verir. Bunun sayəsində şəbəkə filtrləmə sistemləri "Telegram"a müraciətləri saytların ziyarəti zamanı yaranan standart trafikdən ayırmaqda daha çox çətinlik çəkir.

Belə mexanizm, xüsusilə, bağlantı növlərinin və "Telegram" trafikinə xas əlamətlərin təhlilindən istifadə etməklə bloklamanın tətbiq edildiyi hallarda messencerin şəbəkə məhdudiyyətlərinə qarşı davamlılığını artıra bilər.

Adi proksidən fərqli olaraq, veb-proksinin əsas xüsusiyyəti ötürülən trafikin adi veb-trafik kimi maskalanmasıdır. Oxşar mexanizm artıq "Telegram"ın masaüstü tətbiqində də tətbiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026