• Bakı 14° C

    2.8 m/s

Dəfələrlə demişik, İsrail geri çəkilməyəcək! - Katz

DÜNYA

21 Iyun 2026 | 16:10 | Müəllif: Subhan Mahmudov

Dəfələrlə demişik, İsrail geri çəkilməyəcək! - Katz

Livan ərazisində təhlükələri aradan qaldırmaq üçün İsrail ordusunun hərəkətlərinə qarşı nə əvvəllər, nə də indi hər hansı məhdudiyyət qoyulub.

Bakıvaxtı.az  xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

“Elan edilən atəşkəs ÇAXAL-ın İsrailin şimalındakı yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasındakı bütün mövqelərini saxlamasını nəzərdə tutur.

Netanyahu ilə birlikdə dəfələrlə bəyan etdiyimiz kimi, İsrail Livandakı təhlükəsizlik zonasından geri çəkilməyəcək”, - o bildirib.

Qeyd edək ki, 19 iyunda Hizbullah və İsrail atəşkəsə razılaşıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026