• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

ABŞ xaricdəki vətəndaşlarına xəbərdarlıq edib

DÜNYA

21 Iyul 2026 | 15:03

ABŞ xaricdəki vətəndaşlarına xəbərdarlıq edib

ABŞ Yaxın Şərqdə artan gərginlik ilə əlaqədar vətəndaşlarına qlobal xəbərdarlıq edib. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq İşləri Bürosu sosial mediada paylaşım edib.

Bəyanata əsasən, hazırda Yaxın Şərqdə olan amerikalılar ehtiyatlı olmalı və yüksək sayıqlıq nümayiş etdirməli, mümkün uçuşların ləğvinə, vaxtaşırı hava məkanının bağlanmasına və potensial səyahət pozuntularına hazır olmalıdırlar. 

"Ən son məlumat üçün səfirliklərdən və konsulluqlardan, yerli hakimiyyət orqanlarından gələn təhlükəsizlik xəbərdarlıqlarını və xəbər reportajlarını izləyin. Yaxın Şərqdən kənarda olan amerikalılar bölgəyə və bölgədən səyahət etməyi yenidən nəzərdən keçirməlidirlər. Yaxın Şərqdən kənarda yerləşənlər də daxil olmaqla, Amerika diplomatik nümayəndəlikləri hədəfə alınıb. 

İran və İran tərəfindən dəstəklənən qruplar ABŞ-nin xaricdəki digər maraqlarını və ya ABŞ və dünyanın hər yerindəki amerikalılarla əlaqəli yerləri hədəfə ala bilərlər", - bəyanatda qeyd olunub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR