• Bakı 15° C

    1.74 m/s

Alyaskada kruiz laynerində növbəti norovirus epidemiyası baş verib

DÜNYA

21 Iyul 2026 | 14:37 | Müəllif: Əli Hüseynov

Alyaskada kruiz laynerində növbəti norovirus epidemiyası baş verib

Alyaska akvatoriyasında hərəkət edən ekspedisiya gəmisində daha bir norovirus infeksiyası qeydə alınıb. Hazırda sərnişinlərin təxminən üçdəbir hissəsi bu xəstəlikdən əziyyət çəkir. May ayının sonlarından etibarən bu, həmin su nəqliyyatı vasitəsinin göyərtəsində baş verən üçüncü norovirus hadisəsidir.

Bakıvaxtı.az "New York Post" nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin səhiyyə qurumları məlumat yayıb.

İnfeksiyanın yayılması faktı iyulun 12-də, Sitka limanından hərəkətə başladıqdan iki gün sonra və iyulun 15-də Cuno şəhərinə nəzərdə tutulan çatma vaxtına üç gün qalmış "National Geographic Sea Bird" gəmisində aşkarlanıb. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin açıqlamasına əsasən, göyərtədəki 62 sərnişindən 18-də bağırsaq infeksiyası müəyyən edilib, onlarda qusma və qarın bölgəsində spazmlar qeydə alınıb.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün gəminin heyəti xəstə sərnişinləri təcrid edib və rəsmi şəxslərin bildirdiyinə görə, epidemiyanın qarşısının alınması və ona reaksiya planına uyğun olaraq təmizlik və dezinfeksiya prosedurlarını gücləndirib.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən infeksiyanın yayılma mənbəyinin hələlik məlum olmadığı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026