• Bakı 27° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

ABŞ Yəmənə yeni müvəqqəti işlər vəkili təyin edib

DÜNYA

05 Avqust 2026 | 20:00

ABŞ Yəmənə yeni müvəqqəti işlər vəkili təyin edib

ABŞ Nil Hopu Yəməndə müvəqqəti işlər vəkili təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Yəməndəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hop ABŞ-nin Yəməndəki baş diplomatı kimi Yəmən hökuməti ilə sıx əməkdaşlıq şəraitində Prezident Donald Trampın prioritetlərini və dövlət katibi Marko Rubionun diplomatik təşəbbüslərini təşviq edəcək", - məlumatda qeyd olunub.

O, həmçinin Qırmızı dənizdə gəmiçilik azadlığının təmin edilməsi, regiondan terrorizm mənbəyi kimi istifadənin qarşısının alınması və ABŞ tərəfdaşlarının təhlükəsizliyinin gücləndirilməsi daxil olmaqla, Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyasının əsas istiqamətlərinin həyata keçirilməsi üzrə ABŞ missiyasının qurumlararası komandasına rəhbərlik edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR