Ermənistan Milli Məclisində sədr müavini postuna yeni təyinat baş tutub.
Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Vahaqn Aleksanyan parlament sədrinin müavini seçilib.
Qapalı keçirilən gizli səsvermədə Aleksanyanın namizədliyini 62 deputat dəstəkləyib, 27 nəfər isə əleyhinə səs verib. Müxalifətdə olan “Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryan isə partiyasının səsverməni boykot etdiyini bəyan edib.
Xatırladaq ki, bundan əvvəl hakim fraksiyanın digər nümayəndəsi Hayk Koncoryan da vitse-spiker postuna seçilmişdi. Qanunvericiliyə əsasən, parlamentin üç vitse-spikerindən biri müxalifət fraksiyalarının payına düşür. Lakin müxalifətin namizədi Aram Vardevanyanın namizədliyi hələlik təsdiqlənməyib.
Bakı 



