• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Ukraynaya HHM raketlərinin tədarükü üç dəfə azalıb

DÜNYA

05 Avqust 2026 | 14:29

Ukraynaya HHM raketlərinin tədarükü üç dəfə azalıb

Bu ilin ilk yarısında Ukraynaya Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raketlərin tədarükü 2025-ci illə müqayisədə üç dəfə azalıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün "Telegram" kanalında paylaşım edib.

    Prezidentin sözlərinə görə, tərəfdaş ölkələrin arsenalında raketlər mövcuddur, lakin onların Ukraynaya çatdırılması üçün zəruri siyasi qərarların qəbul edilməsinə və istehsal proseslərinin, o cümlədən istehsalın Ukraynada lokallaşdırılmasının sürətləndirilməsinə ehtiyac var.

    "Təəssüf ki, bu il tərəfdaşlardan ballistik raketlərə qarşı müdafiə vasitələrinin tədarükü əhəmiyyətli dərəcədə azalıb. HHM raketlərinin tədarükü 2025-ci illə müqayisədə üç dəfə azalıb. Bu, yalnız yay dövrünə deyil, 2026-cı ilin ilk altı ayının bütün dövrünə aiddir", - Zelenski qeyd edib.

    Ukrayna lideri əlavə edib ki, hökumət ölkənin infrastrukturunun müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirləri müəyyənləşdirib.

    Zelenski həmçinin bildirib ki, hərbçilər, kəşfiyyat və xüsusi xidmət orqanları ilə avqust ayı üçün Rusiyaya qarşı yeni uzaqmənzilli zərbələr və sanksiya tədbirləri müzakirə olunub. Onun sözlərinə görə, Rusiyanın neft infrastrukturu və emalı obyektlərinə qarşı əməliyyatlar davam edir və müharibənin uzanmasının qiyməti Moskva üçün daha da artırılacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    04 Avqust 2026