UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
Skandinaviya təmsilçisinin heyətində Ceyms Boqere (31, 63) dubl edib. "Bayquşlar"ın yeganə qolu isə Velko Simiçin (66) ayağına yazılıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
22:25
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu hesabda geridədir - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
22:02
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk hissə bitib.
Bakıvaxtı.az-ın məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
21:47
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu məğlub duruma düşüb - 0:1.
31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.
21:12
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçı başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Ranners stadionunda keçirilir.
Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.
















