• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycanlı futbolçu “Qalatasaray”da

İDMAN

04 Sentyabr 2026 | 12:21 | Müəllif: Əli Hüseynov

Azərbaycanlı futbolçu “Qalatasaray”da

Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin “Qalatasaray” klubu ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsümü İsveçrənin “Sion” klubunun gənclər komandasında keçirib.

1,87 metr boyu olan gənc oyunçu sağ cinah müdafiəçisi və ya mərkəz müdafiəçisi kimi oynaya bilir. Türkiyə və Qazaxıstan futbol federasiyaları onu yığma komandaya cəlb etmək istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026