• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Doğuşdan sonrakı qanaxma riskini azaldan TƏBİİ ÜSUL

CƏMİYYƏT

05 Avqust 2026 | 15:14

Doğuşdan sonrakı qanaxma riskini azaldan TƏBİİ ÜSUL

Körpənin doğulduqdan sonra ilk bir saat ərzində əmizdirilməsi həm ana, həm də uşaq üçün mühüm əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib:

“Körpənin doğulduqdan sonra ilk bir saat ərzində əmizdirilməsi həm ana, həm də körpənin sağlamlığı üçün çox vacibdir. Əmizdirmə zamanı ananın orqanizmində oksitosin hormonu ifraz olunur. Bu hormon uşaqlığın yığılmasına kömək edir və doğuşdan sonrakı qanaxma riskinin azalmasında mühüm rol oynayır”, – deyə A.Məmmədova qeyd edib.

Pediatrın sözlərinə görə, ana südü ilə qidalandırma qadınlarda gələcəkdə bəzi xəstəliklərin, o cümlədən döş vəzisi və yumurtalıq xərçəngi riskinin azalmasına müsbət təsir göstərə bilər. Əmizdirmə həmçinin II tip şəkərli diabetin inkişaf riskinin aşağı düşməsinə də kömək edə bilər.

A.Məmmədova bildirib ki, ilk günlərdə körpənin qidalanması üçün dəqiq saat cədvəli tətbiq etmək tövsiyə olunmur. Körpə ehtiyac duyduğu zaman əmizdirilməlidir.

“Ümumilikdə, körpənin sutka ərzində təxminən 8-12 dəfə və ya ehtiyac yarandıqca daha çox əmizdirilməsi tövsiyə olunur”, – deyə həkim əlavə edib.

Zeynəb Rzayeva 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026