• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb

İQTİSADİYYAT

05 Avqust 2026 | 14:48

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 1 milyard 345,433 milyon ABŞ dolları dəyərində mal idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 % azdır.

7 ay ərzində Azərbaycana ixrac Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 223,501 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (12 milyard 812 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 4,4 % çox), ABŞ (8 milyard 251,275 milyon ABŞ dolları, 9,4 % çox) və Birləşmiş Krallıq (8 milyard 78,349 milyon ABŞ dolları, 1,2 % çox) dəyərində həyata keçirib.

Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % artaraq 141 milyard 41,732 milyon ABŞ dollarına, iyul ayında isə 2,1 % artaraq 22 milyard 077,299 milyon ABŞ dollarına çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026