Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Yaponiyanın “Tomahawk” raketi sınaqlarını sərt tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Yo Conq bildirib ki, Pxenyan Yaponiyadan gələn təhdidlərə cavab olaraq yeni hərbi seçimlərə əl atacaq.
O qeyd edib ki, Yaponiya bir neçə gün əvvəl Özünümüdafiə Qüvvələrinə məxsus “Çokay” esminesindən uzaqmənzilli qanadlı raket buraxıb. Bundan əlavə, Tokio digər raket sınaqları keçirib, may ayında Filippində ABŞ-nin rəhbərliyi altında təşkil olunan birgə hərbi təlimdə iştirak edib.
Kim Yo Conq iddia edib ki, Tokio indiyədək böyük hərbi gücə çevrilmək ambisiyasını gizlətməyə çalışıb və Yaponiyanın bu təhlükəli hərbi fəaliyyətlərinin arxasında ABŞ dayanır.
O əlavə edib ki, Pxenyan buna cavab olaraq əlavə hərbi variantları nəzərdən keçirəcək. Amma bu tədbirlərin mahiyyəti barədə ətraflı məlumat verməyib.
Bakı 



