• Bakı 27° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...

CƏMİYYƏT

05 Avqust 2026 | 00:00

Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...

Yeni tədris ilinin başlanmasına sayılı həftələr qaldığından artıq valideynlər məktəb hazırlıqlarına başlayıblar. Məlumdur ki, məktəbə hazırlaşan şagirdlər üçün məktəbli forması, çanta, dəftərxana ləvazimatları və digər zəruri alış-verişlər tələb olunur. Yeni dərs ili ərəfəsində məktəbə hazırlıq üçün tələb olunan vəsaitin həcmi və bazarda formalaşan qiymətlər ailələri narahat edən məsələlər sırasındadır.

Məktəbə hazırlıq dövründə valideynlər, ilk növbədə, məktəbli forması, ayaqqabı, çanta və dəftərxana ləvazimatlarını almağa üstünlük verirlər. Sinifdən və məktəbin tələblərindən asılı olaraq, müxtəlif dərs vəsaitləri və əlavə ləvazimatlar da alış-veriş siyahısına daxil edilir.

Bəs ailələr bir şagirdin məktəbə hazırlığı üçün zəruri ləvazimatlara nə qədər pul xərcləməlidir?

Bakıvaxtı.az Sfera.az-a istinadla xəbər verir ki, hazırda bazarda məktəb ləvazimatlarının qiymətləri məhsulun keyfiyyətinə, istehsalçı markaya və satış məntəqəsinə görə dəyişir.

Dəftərlərin qiyməti 30 qəpikdən başlayaraq 1 manata qədər təklif olunur. Sadə qələmlərin qiyməti 15 qəpikdən başlayır. Karandaşların dəyəri 80 qəpiyə, rəngli karandaş və flomaster dəstləri isə 8–16 manata qədər dəyişir. Qələm qabları 4–25 manat; pozan, xətkeş və qələmyonan kimi ləvazimatların qiyməti isə əsasən bir neçə qəpikdən başlayaraq 2–3 manata qədər artır.

Rəsm dərsləri üçün tələb olunan albom, plastilin, boya, yapışqan, qayçı və digər ləvazimatlar da satışdadır. Bu məhsulların qiyməti əsasən 1–15 manat aralığında dəyişir.

Valideynlər üçün əsas xərci məktəb çantaları və məktəbli geyimləri təşkil edir.

Məktəb çantalarının qiyməti modelindən asılı olaraq 20–80 manat, ortopedik və markalı modellərdə isə 100 manata qədər yüksəlir. Məktəbli geyimlərində köynəklər 8–15 manat, şalvar və ya ətəklər 15–30 manat, jaketlər isə 20 manatdan başlayan qiymətlərlə təklif olunur. Məktəb ayaqqabılarının qiyməti isə orta hesabla 30–80 manat arasında dəyişir.

Beləliklə, məktəbli forması, ayaqqabı, çanta və əsas dəftərxana ləvazimatları nəzərə alındıqda, bir şagirdin məktəbə hazırlanması üçün minimum 150–200 manat, daha keyfiyyətli və markalı məhsullara üstünlük verildiyi halda isə 300–500 manata qədər vəsait tələb oluna bilər. Məbləğ alınacaq məhsulların sayı, keyfiyyəti və seçilən satış məntəqəsindən asılı olaraq dəyişir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026