• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

"Uşağınızın həzm problemi varsa..." - Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

05 Avqust 2026 | 15:15

Uşağınızın həzm problemi varsa... - Həkimdən XƏBƏRDARLIQ

Ana südünün tərkibi körpənin ehtiyaclarına uyğun şəkildə balanslaşdırılıb və onun həzmi süni qidalarla müqayisədə daha asandır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib:

“Ana südündə olan yağlar, zülallar və karbohidratlar körpənin orqanizmi üçün ideal nisbətdə balanslaşdırılıb. Bu maddələr körpənin həzm sistemi tərəfindən daha asan mənimsənilir və onun sağlam inkişafına mühüm töhfə verir”, – deyə A.Məmmədova bildirib.

Həkim qeyd edib ki, ana südündəki zülalların tərkibi körpənin həzm sistemi üçün daha uyğundur. Ana südündə albumin və qlobulinlərin payı yüksək, kazeinin miqdarı isə nisbətən azdır. Bu xüsusiyyət zülalların daha rahat həzm olunmasına şərait yaradır.

Pediatrın sözlərinə görə, ana südündə əsas karbohidrat olan laktoza bağırsaqlarda faydalı lakto və bifidobakteriyaların çoxalmasını dəstəkləyir. Bu isə sağlam bağırsaq mikroflorasının formalaşmasına, həzm sisteminin normal inkişafına və bəzi həzm problemlərinin riskinin azalmasına kömək edir.

A.Məmmədova vurğulayıb ki, ana südündə körpənin beyin və sinir sisteminin inkişafı üçün vacib olan omeqa-3 və omeqa-6 yağ turşuları da mövcuddur.

“Ana südünün tərkibində taurin də var. Bu maddə mərkəzi sinir sisteminin və görmə funksiyasının inkişafında mühüm rol oynayır”, – deyə həkim əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026