• Bakı 31° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Kramatorskda yaşayan azərbaycanlıların evləri və biznesi məhv oldu - FOTO

CƏMİYYƏT

05 Avqust 2026 | 10:26

Kramatorskda yaşayan azərbaycanlıların evləri və biznesi məhv oldu - FOTO

Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun zərbələri nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki,  Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.

Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.

Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü İsmayılov Niyyətullanın evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində avtomobili də sıradan çıxıb.

Kramatorskda yaşayan Həsən Məmmədovun yaşadığı yer dron zərbələri nəticəsində zərər görüb.

Qeyd edək ki Kramatorsk şəhəri daimi atəş altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026