ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında Hörmüz boğazının avqustun 4-dək açılması ilə bağlı danışıqlar aparıldığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, məqsəd boğazın tam fəaliyyətinin bərpa edilməsidir. Tramp bildirib ki, ilk mərhələdə bu məsələnin həlli nəzərdə tutulur, bundan sonra isə İranın nüvə proqramı ilə bağlı müzakirələr davam etdirilə bilər.
ABŞ lideri qeyd edib ki, danışıqların nəticəsi bazar ertəsi gecəsi və ya çərşənbə axşamı daha aydın məlum olacaq. O, həmçinin hazırkı təmasları İranla münaqişənin sülh yolu ilə həlli üçün son imkan kimi qiymətləndirib.
Bakı 



