Ermənistan Milli Məclisində hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Vaaqn Aleksanyanın parlament sədrinin müavini vəzifəsinə namizədliyi müzakirə edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.
Bildirilib ki, Vaaqn Aleksanyanın namizədliyi hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən irəli sürülüb. Onun tərcümeyi-halı və fəaliyyəti parlamentdə fraksiya üzvü Arusyak Culhakyan tərəfindən təqdim olunub.
Hakim fraksiya eyni zamanda Hayk Konjoryanın da Milli Məclis sədrinin digər müavini vəzifəsinə namizədliyini irəli sürüb. Həmin namizədlik artıq parlamentdə müzakirə olunub.
Ermənistan qanunvericiliyinə əsasən, Milli Məclis sədrinin müavinləri deputatların ümumi sayının səs çoxluğu ilə, ayrıca və gizli səsvermə yolu ilə seçilir.
Qeyd edək ki, parlamentin üçüncü sədr müavini vəzifəsinə namizəd irəli sürmək hüququ ən böyük müxalifət fraksiyasına məxsusdur. Bu vəzifəyə ən böyük müxalifət fraksiyası olan "Güclü Ermənistan" Aram Vardevanyanın namizədliyini irəli sürüb.
Bakı 



