İran və Oman Hörmüz boğazında dəniz nəqliyyatının bərpası ilə bağlı razılığa yaxınlaşıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Bildirilib ki, əldə olunacaq razılaşmaya əsasən, Fars körfəzinə daxil olan gəmilər İran sahilləri boyunca yaradılacaq dəniz dəhlizindən istifadə edəcək, körfəzdən çıxan gəmilər isə Oman sahilləri yaxınlığından hərəkət edəcəklər.
Qeyd olunur ki, belə bir mexanizmin tətbiqi Hörmüz boğazında gəmiçiliyin bərpasına imkan verə, eyni zamanda İranın bu strateji su yolu üzərində faktiki nəzarətini daha da gücləndirə bilər.
Bakı 


