Mövsüm finalında ard-arda baş verən ayrılıqlarla gündəmə gələn Kanal D-nin reytinq rekordçusu "Uzak Şehir" serialı yeni mövsüm öncəsi heyətini gücləndirir. Serialın yeni mövsümünə aktyor Mustafa Avkıran qoşulub.
Milli.Az xəbər verir ki, "Yaprak Dökümü", "Kuzey Güney", "Çukur" və "Yeni Gelin" kimi seriallarda rol alan aktyor Mustafa Avkıran "Uzak Şehir"lə razılaşıb. Çəkilişləri Mardində həyata keçirilən serialda Avkıran "Kartal" obrazına həyat verəcək.
Mövsüm finalında Burç Kümbetlioğlu, Alper Çankaya, Ferit Kaya və Ceren Moray kimi önəmli simaların vida etdiyi serialda yeni mövsüm hərəkətliliyi davam edir.
Bakı 




