Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ukraynanın Avropa İttifaqına (Aİ) yaxın gələcəkdə üzv olmaq ehtimalının "xəyaldan ibarət" olduğunu iddia edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, SVR-nin bəyanatında Avropa liderlərinin qapalı müzakirələrdə Kiyevin Aİ-yə qəbulunu qəti şəkildə istisna etdikləri bildirilib.
Qeyd olunub ki, Brüssel Ukraynanın üzvlüyündən irəli gələn iqtisadi-siyasi risklərdən narahatdır və xalqın yüksək gözləntilərini qarşılamaq üçün resurslara malik deyil. İddiaya görə, Aİ Ukraynaya səs hüququ vermədən yalnız "Avropa təhlükəsizlik siyasəti"nə qatılmağı təklif etməyi və ölkə ərazisindən hərbi poliqon kimi istifadə etməyi planlaşdırır. Məqsəd isə Ukrayna cəmiyyətində yarana biləcək məyusluğun qarşısını almaqdır.
Zeynəb Rzayeva
Bakı 



