• Bakı 29° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək

SİYASƏT

03 Avqust 2026 | 13:19

Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən protokol qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026