OPEC+ təşkilatına üzv olan yeddi ölkə, o cümlədən Rusiya, sentyabr ayında neft hasilatını gündəlik 188 min barel artırmaq barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə OPEC+ təşkilatının yaydığı mətbuat açıqlamasında qeyd olunub.
İxracatçı ölkələr bu qərarı keçirilən iclas zamanı razılaşdırıblar. Görüşdə Rusiya nümayəndələri ilə yanaşı, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndə heyətləri də iştirak ediblər.
Bildirilib ki, OPEC+ neft bazarının sabitliyinin qorunmasına sadiq qaldığını bir daha təsdiqləyib.
Təşkilat iştirakçılarının növbəti iclasının sentyabrın 6-da keçirilməsi planlaşdırılır.
Bakı 



