• Bakı 29° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Keçmiş Baş nazir sülh prosesindən NƏLƏR DANIŞDI: İrəvan fürsəti qaçırır

SİYASƏT

03 Avqust 2026 | 12:50

Keçmiş Baş nazir sülh prosesindən NƏLƏR DANIŞDI: İrəvan fürsəti qaçırır

“Azərbaycanla Ermənsitan arasında yekun sülhün imzalanması sadə proses deyil”

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş Baş nazir Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, bəzi hallarda bu iki ölkə arasındakı münasibətlər yaxşıya doğru inkişaf etsə də, yekun sülh məsələsinə gəlincə, rəsmi İrəvan prosesi mürəkkəbləşdirir:

“Hər dəfə bir prosesi bəhanə gətirib, yekun sülhə bağlı fundamental addımlar atmır. Sözsüz ki, Ermənistan daxilində və xaricdə elə maraqlı qüvvələr var ki, onlar bu sülhü istəmirlər. Rəsmi İrəvanın mövqeyini təsir göstərirlər, lakin Ermənistan mövqeyini konkretləşdirməlidir”.

Novruz Məmmədov: Yekun sülhə nail olmaq üçün Ermənistanın da imkanları var

N.Məmmədov qeyd edib ki, Azərbaycan diplomatiyası işləyir, rəsmi Bakı yekun sülh üçün nə edə bilirsə edir, amma qarşı tərəf bu fürsəti qaçırır:

“Təkrar edirəm, bəzi qüvvələr var ki, onlar bunu istəmirlər. Bu qüvvələrin kimliyini zaman-zaman görürük. Bununla yanaşı Azərbaycan və Ermənistan arasında münasibətlərin daha yaxşı olmasını istəyənlər də var, amma əhvah-ruhiyyəni pozmağa çalışanlar da az deyil”.

“Bu gün yekun sülhə nail olmaq üçün Ermənistanın da imkanları var. Sülh olmalıdır, başqa variant yoxdur. Proseslər davam edir”, - deyə Novruz Məmmədov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026