Gürcüstanın dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin təhsil motivasiyasını itirməməsi üçün isə xüsusi mexanizmlər hazırlanıb.
Bakıvaxtı.az 1tv.ge-yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün tamamilə pulsuz olacaq.
"Pulsuz ali təhsillə bağlı çox aydın bəyanat verilib. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Bununla yanaşı, tələbələrin motivasiyalarını itirməməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək.
Əgər tələbə bir semestr ərzində iki fəndən kəsilirsə, bu, onun tədris prosesinə lazımi səviyyədə cəlb olunmadığını göstərir. Bu halda üçüncü semestrdən etibarən maliyyələşmənin azaldılması nəzərdə tutulur. Bunun əsas məqsədi tələbələrin təhsil prosesinə daha məsuliyyətli yanaşmasını təmin etməkdir", - deyə İ.Kobaxidze bildirib.
Bakı 



