• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Yasamal sakinlərinin NƏZƏRİNƏ: Saat 10-dan...

CƏMİYYƏT

03 Avqust 2026 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

Yasamal sakinlərinin NƏZƏRİNƏ: Saat 10-dan...

Bu gün Yasamal rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən bildirilib.

Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR