• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Danimarka Farer adalarında hərbi mövcudluğunu gücləndirəcək

DÜNYA

02 Avqust 2026 | 22:42 | Müəllif: Əli Hüseynov

Danimarka Farer adalarında hərbi mövcudluğunu gücləndirəcək

Danimarka və Farer adaları hərbi əməkdaşlığı gücləndirmək, eləcə də Farer adalarında və ona bitişik akvatoriyada silahlı qüvvələrin mövcudluğunu artırmaq barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bəyanata əsasən, tərəflər Farer adalarının hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində silahlı qüvvələrin mövcudluğunun tədricən və dövri olaraq genişləndirilməsi barədə razılığa gəliblər.

Danimarkanın müdafiə naziri Yeppe Brus qeyd edib ki, bu addım Arktikada mövcudluğun ümumi möhkəmləndirilməsinin bir hissəsidir və NATO-nun fəaliyyətinə əlavə töhfə olacaq.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, hərbi fəallığın artırılması krallığın "Arctic Endurance" ("Arktika dözümlülüyü") təlimləri çərçivəsində həyata keçiriləcək və NATO-nun "Arctic Sentry" ("Arktika keşikçisi") təlimləri ilə əlaqəli olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026