Slovakiyanın mərkəzindəki Oçova bələdiyyəsində yüngülmotorlu təyyarə qəzaya uğrayıb və nəticədə üç nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, təyyarə 2 avqust günortadan sonra hava limanının yaxınlığında yerləşən yerli kənd təsərrüfatı kooperativinin ərazisində qəzaya uğrayıb. O, zərbədən sonra alovlanıb.
Ölənlər arasında 48 yaşlı pilot, onun 38 yaşlı yoldaşı və azyaşlı oğlu da var. Təcili yardım xidmətləri hadisə yerinə tez bir zamanda çatıb, lakin qurbanlar ölümcül xəsarətlər aldıqları üçün heç kimi xilas edə bilməyiblər.
Mer Peter Samel pilotun yerli uçuş klubunun üzvü olmadığını və uçuşun təşkilatla heç bir əlaqəsi olmadığını bildirib.
Bakı 



