Türkiyədə bələdiyyə sədri tutulub.
Bakıvaxtı.az bu barədə "HaberGlobal"a istinadla xəbər verir.
Verilən məlumata görə, Etimesgut Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində 40 nəfər həbs edilib.
Ankara Qərbi Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan və həbs tələbi ilə məhkəməyə göndərilənlər arasında bələdiyyə sədri Ərdal Beşikçioğlu da var.
Qeyd edək ki, Ərdal Beşikçioğlu həm də Türkiyənin məşhur aktyorudur.
Murad Məmmədli
Bakı 



