• Bakı 29° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

13 ölkənin 32 universitetindən qəbul alan azərbaycanlı tələbə böyük uğura imza atıb

CƏMİYYƏT

03 Avqust 2026 | 10:29

13 ölkənin 32 universitetindən qəbul alan azərbaycanlı tələbə böyük uğura imza atıb

Beynəlxalq Təhsil Mərkəzi və Marsol Academy-in tələbəsi Bahar Mustafazadə beynəlxalq ali təhsil sahəsində mühüm uğur əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, Bahar Mustafazadə 13 fərqli ölkənin 32 universitetindən qəbul alıb, eyni zamanda 9 universitetdən müxtəlif həcmli təqaüdlər qazanıb.

Onun qəbul aldığı ali təhsil müəssisələri sırasında ABŞ-ın University of Pennsylvania, University of North Carolina at Chapel Hill, Pennsylvania State University, University of Pittsburgh, University of Arizona, Michigan State University, Arizona State University və University of Oklahoma, Böyük Britaniyanın University of Manchester, Lancaster University, University of Exeter, University of Liverpool və University of Derby kimi nüfuzlu universitetləri yer alır.

Bundan başqa, Bahar Mustafazadə Avropanın tanınmış ali məktəbləri olan Aalto University, Erasmus University Rotterdam, Koç University, Sabancı University, Bilkent University, IE Business School, EM Normandie Business School və digər universitetlərdən də qəbul məktubu alıb. O, həmçinin Azərbaycanın ADA Universitetinə də qəbul olunub.

Təqaüd qazandığı universitetlər arasında Arizona State University tərəfindən təqdim edilən 56 min ABŞ dolları məbləğində təqaüd xüsusi diqqət çəkir. Bundan əlavə, Aalto University-də 25 faiz, Koç University-də 50 faiz, Sabancı University-də 75 faiz, Bilkent University-də isə 80 faiz təqaüd əldə edib.

Qeyd edək ki, Bahar Mustafazadənin uğuru uzun illər ərzində iştirak etdiyi beynəlxalq layihələr, olimpiadalar, yarışlar, layihə əsaslı təhsil proqramları, eləcə də liderlik, analitik düşüncə və sahibkarlıq istiqamətində qazandığı bilik və bacarıqların nəticəsi kimi qiymətləndirilir.

Beynəlxalq Təhsil Mərkəzi və Marsol Academy tələbələrini təbrik edərək bildiriblər ki, bu nailiyyət xaricdə təhsil almaq arzusunda olan gənclər üçün motivasiya və ilham mənbəyi olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Avqust 2026