• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əmi və qardaşı oğlu DƏNİZDƏ BATDI - YENİLƏNİB

HADİSƏ

04 Avqust 2026 | 09:05 | Müəllif: Subhan Mahmudov

Əmi və qardaşı oğlu DƏNİZDƏ BATDI - YENİLƏNİB

Salyan rayonunun iki sakini Ələt qəsəbəsində dənizdə boğulub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

    Bildirilib ki, Salyan rayonunun Yenkənd kənd sakinləri – 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar.

    Ariz Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu gün səhər isə dənizdə boğulan yeniyetmənin meyiti tapılaraq aidiyyarı üzrə təhvil verilib.

    ***

    3 avqust, saat 20:26

    Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

    Bakıvatxı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026