• Bakı 19° C

    1.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Bakıda yük avtomobili yanıb

HADİSƏ

03 Avqust 2026 | 16:51 | Müəllif: Əli Hüseynov

Bakıda yük avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Ford” markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub.

    Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.

    Xəsarət alan olmayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Oktyabr 2026