NATO ölkələri və onların tərəfdaşlarının iştirakı ilə Latviyanın Selija təlim poliqonunda Baltik Tresti hərbi təlimləri başlayıb.
Bakıvaxtı.az "Baltnews"a istinadən xəbər verir ki, təlimlərdə Latviya, NATO ölkələrindən, eləcə də Ukrayna, Avstraliya və Yaponiyadan təxminən 650 hərbçi iştirak edəcək.
Təlimin əsas məqsədi döyüş əməliyyatlarında pilotsuz və əks-dron sistemlərinin istifadəsini artırmaqdır. İştirakçılar kəşfiyyat və hücum dronlarına cavab verməyi məşq edəcək, simulyasiya əməliyyatları aparacaq və müxtəlif pilotsuz sistemlərin imkanlarını qiymətləndirəcəklər. Müxtəlif növ PUA-lardan istifadə etməklə həm müdafiə, həm də hücum əməliyyatları təkmilləşdiriləcək.
NATO Transformasiya Komandanlığı yeni müdafiə texnologiyalarının tədqiqatını və sınaqlarını aparacaq.
Təlimlər avqustun 14-dək davam edəcək.
Gülşən Şərif
Bakı 



