Goranboyda 1 əsrdən artıq yaşı olan qovaq ağacı aşıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Boluslu kəndində qeydə alınıb.
Kökündən qopan irigövdəli qovaq ağacı Goranboy-Naftalan- Tərtər avtomobil yolunun kənarına düşüb. Aşan ağac böyük fəsadlara yol açmayıb.
Ağacın iri budaqları yola düşsə də adiyyatı qurumların əməkdaşları tərəfindən ərazidən yığışdırılıb.
Məlumata görə, nəhəng qovaq ağacının 110 ildən artıq yaşı var.
Murad İsmayıl
Bakı 





