• Bakı 20° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərilib

CƏMİYYƏT

03 Sentyabr 2026 | 11:25 | Müəllif: Əli Hüseynov

Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərilib

Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026