• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

CƏMİYYƏT

03 Sentyabr 2026 | 09:35 | Müəllif: Əli Hüseynov

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi bu gün saat 18:00-da başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026