• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - VİDEO

CƏMİYYƏT

02 Oktyabr 2026 | 22:51 | Müəllif: Subhan Mahmudov

Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - VİDEO

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur.

Bakıvaxtı.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb olan bina ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

Maraqlıdır ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrdə müxtəlif obyektlər fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayılan iddialarda binanın konstruksiyasında problem olduğu üçün mənzillərin satışa çıxarılmadığı da bildirilir.

Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026