• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycanda professor vəfat edib

CƏMİYYƏT

01 Noyabr 2026 | 14:22 | Müəllif: Gülşən Şərif

Azərbaycanda professor vəfat edib

Kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, alimin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, Ağalıkənd kənd orta məktəbini bitirib.

Elmi fəaliyyətini kimya sahəsinə həsr edən Müslüm Qurbanov 2013-cü ildə "Nüvə kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb.

Alimin elmi rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb. O, nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR