• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tanınmış mütəxəssis dünyasını dəyişdi

CƏMİYYƏT

01 Noyabr 2026 | 21:23 | Müəllif: Əli Hüseynov

Tanınmış mütəxəssis dünyasını dəyişdi

Lənkəranda tanınmış aqrar mütəxəssis Təyyub Rzayev 79 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 1947-ci ildə Lənkəran rayonunun Bala Şürük kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin ilin may ayında Lənkəran rayonundakı Murdov-1 sovxozunda entomoloq kimi başlayıb. 1972–1985-ci illərdə Babək adına Tərəvəzçilik-Çayçılıq Sovxozunda baş aqronom və direktor, 1985–1998-ci illərdə isə Həzi Aslanov adına sovxozda direktor müavini və baş aqronom vəzifələrində çalışıb.

Təyyub Rzayev 2001-ci ilin aprelindən Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasına rəhbərlik edib.

2002–2006-cı illərdə Zona Təcrübə Stansiyasının direktoru vəzifəsini icra etməklə yanaşı, Lənkəran Regional Aqrar Elm Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 2016-cı ildən Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026