• Bakı 17° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı

HADİSƏ

04 Avqust 2026 | 10:15 | Müəllif: Əli Hüseynov

Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı

Avqustun 2-si dənizdə batan Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.

Xatırladaq ki, 2 gün əvvəl dənizdə nəzarətsiz ərazidə 3 nəfər - 2 qardaş və bacı batıb. 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026