• Bakı 30° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Oman sahillərində yük gəmisi vuruldu

DÜNYA

04 Avqust 2026 | 08:58

Oman sahillərində yük gəmisi vuruldu

Oman sahillərində üzən yük gəmisi naməlum mərmi ilə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, insident çərşənbə axşamı səhər Omanın Xasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, yük gəmisi vurulduqdan sonra təcili yardım siqnalı yayımlayıb.

UKMTO hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunub.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026