• Bakı 30° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Buzovnada dəhşətli qəza - ölən var 

HADİSƏ

04 Avqust 2026 | 09:54

Buzovnada dəhşətli qəza - ölən var 

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı video görüntü sosial şəbəkələrdə paylaşılıb.

Qeyd olunub ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində bir nəfər həyatını itirib.

Məlumata görə, hadisə avqustun 4-də saat 01:13-də Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində baş verib.

Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı 01-CO-753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbər oğlu Tağıyevin idarə etdiyi "Volvo" markalı, 67-CA-837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində E.Həsənov həlak olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026