Malayziya Hava Yollarının pilotunun baqajında külli miqdarda narkotik aşkarlanıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən məlumatına görə, hadisə İndoneziyanın Soekarno-Hatta hava limanında qeydə alınıb.
Bildirilib ki, Kuala Lumpur-Cakarta reysini həyata keçirən 39 yaşlı pilotun çamadanı gömrük əməkdaşları tərəfindən rentgen yoxlaması zamanı şübhəli görünüb. Aparılan baxış zamanı baqajdan 14 paketdə ümumi çəkisi 25,2 kiloqram olan 70 114 ədəd narkotik həb, eləcə də əl çantasından 4 qram metamfetamin aşkar edilib.
Pilotun sidik analizi onun uçuş zamanı narkotik vasitənin təsiri altında olduğunu göstərib. O, narkotik daşıdığını etiraf edərək bu işi 12 min dollar qarşılığında gördüyünü bildirib. Həmçinin testdən yayınmaq üçün özü ilə təmiz sidik nümunələri apardığını deyib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Bakı 



