ABŞ prezidenti Donald Tramp Amerikanın əsas neft şirkətlərinə çox pul qazanmaqda günahlandırıb.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bununla yanaşı, Tramp onlardan qiymətlərin endirilməsini tələb edib :
"Mən bunu bəyənmirəm. Onlar çatışmazlıqlardan istifadə edərək çox pul qazanırlar".
Azad sahibkarlığın qəti müdafiəçisi olduğunu iddia edən ABŞ prezidenti Yaxın Şərqdəki müharibənin nəticələrindən ən çox qazanc əldə edənlər arasında "ExxonMobil" və "Chevron" şirkətlərinin adlarını qeyd edib:
"Bir şirkət istehsalını 12 dəfə artırırsa, bunun bir hissəsini ictimaiyyətə geri qaytarmağa borcludur. Neft nəhənglərinin qiymətləri aşağı salmaq üçün hər cür stimulu var".
Aydın
Bakı 



