• Bakı 30° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycandadır

SİYASƏT

04 Avqust 2026 | 08:44

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycandadır

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

    Kassis bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və ticarət, innovasiya, iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi, eyni zamanda Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahın təşviqi istiqamətində fəaliyyəti gücləndirməyi hədəfləyir.

    "Bu səfər daha geniş regional diplomatik təmasların başlanğıcıdır", - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.

    İqnazio Kassisin növbəti səfəri Türkmənistana olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Avqust 2026